Smart Telecom-1 vətəndaşları ələ salır? - ŞİKAYƏT VAR
1-07-2015, 10:58
Bu gün Qafqaz Xəbər Agentliyinə maraqlı məlumat daxil olub. Müəyyən səbəbdən adının çəkilməsini istəməyən vətəndaş öz mobil nömrəsi ilə bağlı şikayətini bizə bildirdi. Şikayətçi qeyd edir ki, ona məxsus olan (050 . . . 07 04) nömrəsinə fərqli nömrələrdən zəng olunaraq nömrəni almaq istədiklərini və hansı qiymətə satılmasını soruşurlar. Vətəndaş da öz növbəsində ona məxsus nömrəni satışa çıxarmadığını bildirib. Alıcılar isə qeyd ediblər ki bu nömrə nomrem.az saytında satışa çıxarılıbdır. Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələni araşdırmaq üçün nomrem.az rəhbərliyi ilə əlaqə saxladıq. Saytın Tural adlı əməkdaşı bildirdi ki, vətəndaş illərdir bu nömrəni işlədirsə ola bilməz ki, bu sayta qoyulsun: “ Ya da nömrəni saytda görüb bəyənib alıb, diler isə həmin nömrəni unudaraq saytdan çıxarmayıb, digər halda isə nömrələr orda yerləşdiriləndə mexaniki səhv ola bilər”. Müxbirimizin “ Siz sayt olaraq buna nəzarət eləmirsiz?” sualına saytın əməkdaşı belə cavab verdi:
“Biz bu saytda nömrə yerləşdirmirik, bizim əməkdaşlıq etdiyimiz diler mağazalar var, onlarla müqavilə bağlayırıq və onlara imkan yaradırıq ki, satışda olan nömrələrini saytda yerləşdirsinlər”.
Araşdırma nəticəsində öyrəndik ki, nömrəni sayta yerləşdirən Smart Telecom-1 adlı şirkətdir. Biz də növbəti dəfə nömrənin satışı üçün əlaqədar şəxs kimi göstərilən əlaqə nömrəsinə zəng etdik. Telefonumuza Smart Telecom-1 yox, nomrem.az mağazası cavab verdi. Mağazanın marketing meneceri Elvin Əliyev qeyd etdi ki, Smart Telecom-1 öz istədiyi nömrəni yerləşdirir və əlaqə nömrəsi kimi bizim bu nömrəni qeyd edir, vətəndaş da almaq üçün müraciət edəndə biz nömrəni satan şirkətə yönləndiririk. Biz Elvin Əliyevdən Smart Telecom-1-ə aid telefon nömrəsi, ya da şirkət haqda hər hansı bir məlumat əldə edə bilmədik. Və sonda menecer bildirdi ki, yəqin kimsə vətəndaşları ələ salmaqla məşğuldur.
Smart Telecom-1 vətəndaşları ələ salır?