Azərbaycan Kislovodsk kurortunun təmirini üzərinə götürdü – 2,3 mlrd vəsait

31-07-2017, 00:11           
Azərbaycan Kislovodsk kurortunun təmirini üzərinə götürdü – 2,3 mlrd vəsait
Aprel ayında Azərbaycan əfsanəvi sovet sanatoriyası olan “Akademiçeskaya”ya vəsait yatırmağı qərara alıb. Bu barədə razılaşma Stavropol diyarının qubernatoru V.Vladimirovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə əldə olunub.

2018-ci ildə Kislovodskda 1994-cü ildə bağlanmış məşhur sovet sanatoriyası olan “Akademiçeskaya”nın yenidən qurulmasına başlanacaq. Obyektin tam bərpası üçün 2,3 milyard rubl tələb olunur.

Kislovodsk şəhər başçısı Aleksandr Kurbatovun sözlərinə görə, sağlamlıq ocağının yenidən qurulması üzrə birgə iş barədə saziş diyar hökuməti, şəhər administrasiyası və investor şirkət arasında bağlanıb. “Akademiçeskaya”nın federal balansdan diyarın balansına verilməsi ilə bağlı proses artıq başlayıb.

İrimiqyaslı yenidənqurma işlərinin nəticəsində sanatoriyanın korpuslarının tutumunun 350 yer artırılması planlaşdırılır.
azerbaycan24.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.