“Rəsul Çunayev yalan danışır” - Klubdan rəsmi açıqlama

31-07-2017, 11:27           
“Rəsul Çunayev yalan danışır” - Klubdan rəsmi açıqlama
Azərbaycan millisinin güləşçisi Rəsul Çunayevin “Neftçi” İdman Klubundan uzaqlaşması barədə rəsmi açıqlama verilib. “Qafqazinfo”nun məlumatına görə, “Neftçi” İK-nın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Elnur Əşrəfoğlu bildirib ki, Çunayev 2 min manat maaşını vaxtında alıb və klubdan maliyyə məsələsinə görə ayrılmayıb.

Onun sözlərinə görə, Rəsul sadəcə başqa komandadan daha yüksək məbləğdə təklif aldığı üçün oranı tərk edib:

“Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay "Neftçi"dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma "Neftçi İdman Klubu" uşaq vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.