KXCP sədrinin müşavirinin evinə masqalı şəxs tərəfindən basqın olub
30-08-2017, 07:47
KXCP sədrinin müşaviri, KXCP Lənkəran rayon şöbəsinin sədri Azad Şəfiyevin evinə masqalı şəxs tərəfindən basqın olub.
Bu barədə Sozcu.az-a məlumat verən Azad Şəfiyevin bildirdiyinə görə, evinə basqın edən masqalı şəxs onun həyat yoldaşını döyərək xəsarət yetirib:
"28.07-2017-ci il tarixdə saat 20:30 radələrində yaşadığımız evə masqalı bir şəxs tərəfindən basqın olub. Həmin şəxs evdə tək olan həyat yoldaşımun başına zərbələr endirərək, ağır xəsarət yetirib".
Azad Şəfiyev onu da bildirib ki, masqalı şəxs tək olub və ehtimal edir ki, evə oğurluq niyyəti ilə girməyib:
"Evimizə basqın edən həmin şəxs tək olubdur. Evdə olan əşyalara toxunulmayıb. Mən hadisəni bildikdə DİN-in qaynar xəttinə zəng edərək, məlumat verdim. Hadisə ilə bağlı gələn polis əməkdaşları hadisəni araşdıracaqlarını bildirdilər".
DİN-nin Ləkəran rayon şöbəsindən əməkdaşımıza bildirdilər ki, hadisə qeydiyyata götürülüb və faktla bağlı araşdırma aparılır.