"Ayan” MMC –də nə baş verir?

30-08-2017, 08:33           

Şirkətin 6 nəfər işçisi Bakı şəhəri Ağır Cinayətlərə dair Məhkəmədə istintaq olunur?

Ayan MMC-nin (bütöv adı: Ayan MMC "QizilQuyu & БелочкА”) 6 nəfər işçisi Bakı şəhəri Ağır Cinayətlərə dair Məhkəmədə istintaq olunur. teref.az -ya verilən məlumata görə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar eyni olsa da, onlar ayrı-ayrılıqda mühakimə olunur. İnformasiyanı saytımıza verən şəxs məhkəmənin növbəti iclasın keçirildiyini bildirib. O, cinayət işinin AR CM-nin 179.3.2. (külli miqdarda mənimsəmə) maddəsi üzrə aparıldığını vurğuladı. Qeyd edək ki, cinayət işi Ayan MMC-nin (bütöv adı: Ayan MMC "QizilQuyu & БелочкА”) Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə qarşı şikayəti əsasında başlanmışdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.