Bulvarda əhalini aldadan çayxanalara xəbərdarlıq - VİDEO
28-07-2015, 13:43
Dənizin sərin havasını duyaraq, çay içmək istəyənlər heç çəkinmədən bulvar ərazisində bu istəklərini gerçəkləşdirə bilmirlər. Belə ki, bulvar ərazisində bəzi obyektlərdə vətəndaşlara sadə çay verilmir.
Vətəndaşlar 2 manat ödəməli olduğu halda amma bəzi obyektlər buna məhəl qoymurlar. İnsanların da elə şikayəti əsasən bundandır.
Bu ərazilərdəki kafelərdə menyuda sadə çayın olduğu göstərilsə də, nədənsə çayçı işləyən şəxs bu təklifin icra edilmədiyini bildirib. Kafenin administratoru isə deyilənləri təkzib edib və bildirib ki, sadə çayın verilməməsi mümkün deyil. O, hətta belə səhv edən işçinin işdən azad edilə biləcəyini də deyib.
Analoji vəziyyətə bir çox çay evlərində rast gəlinir. Sadə çay verilməsi Dənizkənarı Milli Park İdarəsi tərəfindən obyekt sahiblərinə əslində tapşırılıb. Amma bəzi kafelər deyəsən bu təlimata barmaqarası yanaşır.
Sadə çayın verilməməsi ilə bağlı qaynar xəttə şikayətlərin çox olduğunu deyən Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov kafelərdə bu cür halların baş verməsini özbaşınalıq kimi qiymətləndirir. Onun fikrincə, bulvarda mütləq şəkildə sadə çay verilməlidir. Çünki, buraya dincəlməyə gələn insanların hamısının çay dəstgahı sifariş etməyə maddi imkanı olmaya da bilər.
Rəis müavini bu məsələdə bir problemlə üzləşənlərə (055) 282 70 00 nömrəli telefon nömrəsinə günün 24 saatı zəng etməyi məsləhət görüb.