Bank “dollarımız bitib” deyir: Nə baş verir?

20-09-2024, 12:34           
Bank “dollarımız bitib” deyir: Nə baş verir?
Bəzi müştərilər dollar almaq istəyəndə, banklardan bu tip cavab eşidirlər: “Bankda dollar bitib”, “Sizdən əvvəl gələn müştəri böyük məbləğdə dollar aldığı üçün bitib” və s. Bu zaman belə təəssürat yaranır ki, bank dollar satmaq istəmədiyi üçün bu cür cavab verir. Ümumiyyətlə, banklarda dollar bitirmi?

TEREF bildirir ki, Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, hansısa bankın filialında, şöbəsində dollar yoxdursa, bu, normal hadisədir:
“Çünki bankların valyuta dəyişmə məntəqələri də X-dən alıb, Y-ə satırlar. Yəni digər müştəri gətirib dollar satmasa, bankda dollar problemi yarana bilər. Eyni zamanda bütün banklarda dolların olmaması suallar yarada bilər. Amma ümumi şəkildə hazırda ölkədə dollar qıtlığı müşahidə olunmur. Konkret müştərilər bəzi bank filiallarında bu problemlə rastlaşıblarsa, bunu ümumiləşdirmək doğru olmaz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru