Kılıçdaroğlu ilə Akşener arasında yeni QALMAQAL

20-09-2024, 12:47           
Kılıçdaroğlu ilə Akşener arasında yeni QALMAQAL
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Kamal Kılıçdaroğlu İYİ Partiyanın keçmiş sədri Meral Akşeneri sərt tənqid edib.

“Cebheinfo.az” xəbər verir ki, o, “altılı masa”dakı keçmiş ortağına “od püskürüb”.

Kılıçdaroğlu “TV100” telekanalında qonaq olarkən Akşeneri hədəf alıb:

“Sinan Oğan həm “normallaşdı”, həm də zənginləşdi. Bunu hamımız bilirik. Meral Akşener də “normallaşdı”. Artıq onun da “normallaşdığını” hər kəs bilir. Əslində partiyalar iqtidar olmaq istəməli, bunun üçün mübarizə aparmalıdır. Normallaşma siyasəti aparmaqla iqtidar olunmur”.

O, 2023-cü il may ayında keçirilən prezident seçkilərindəki məğlubiyyətə görə də Akşeneri ittiham edib:

“Seçkinin məğlubiyyətinə görə bütün yük mənim çiyinlərimdədir. Heç kim Akşeneri ittiham etmir. Axı nə üçün masadan ayrıldı? Hansı səbəbə görə masaya qayıtdı? Masaya nə üçün “qumar masası” dedi? Niyə Rəcəb Tayyib Ərdoğanla görüşdü?”.

Aparıcının Meral Akşenerin “xəyanət” sözünə görə onu məhkəməyə verəcəyini xatırlatması üzərinə Kılıçdaroğlu belə cavab verib:

“Səhv deyirəm?”.

Qeyd edək ki, Meral Akşenerin efirdə söylədiyi sözlərinə görə Kamal Kılıçdaroğlunu yenidən məhkəməyə verəcəyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru