Övladlığa uşaq götürən məşhurlar – SİYAHI

28-07-2015, 14:23           
Övladlığa uşaq götürən məşhurlar – SİYAHI
Ötən gün Azərbaycan mətbuatında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın Əminə adlı qız uşağını övladlığa götürməsi barədə xəbər yayılıb.

Bu xəbərlər fonunda AzVision.az dünyada övladlığa uşaq götürən məşhurlarla bağlı kiçik araşdırma aparıb.

Ümumilikdə, övladlığa uşaq götürmə ənənəsi Hollivud sakinləri üçün olduqca adi haldır.

Bred Pitt və Ancelina Coli

Təbii ki, biz övladlığa götürən şəxslərin adlarını tam olaraq sadalaya bilməyəcəyik. Lakin şübhəsiz ki, bu işdə ilk pilləni Bred Pitt və Ancelina Coli cütlüyü tutur.

Məşhur cütlük hazırda 6 uşaq böyüdürlər ki, onlardan üçü – oğulları Madoks, Paks və qızları Zahara övladlığa götürülüb. Əgər yayılan xəbərlərə inansaq, cütlük daha bir uşaq övladlığa götürmək barədə düşünür.

Şarliz Teron

Övladlığa uşaq götürən məşhurlardan biri də məşhur amerikalı aktrisa Şarliz Terondur. Teron 2012-ci ildə CAR-dan qaradərili uşağı övladlığa götürüb. Elə həmin vaxtdan bəri amerikalı aktrisa və onun oğlu Ceksonu ayrı-ayrılıqda görmək mümkün deyil. Onlar birlikdə mağazalara, kafelərə gedir, bütün dünyaya səyahət edirlər.

“Oğlum Cekson mənim üçün ən böyük hədiyyədir. O, dünyada ən yaxşı oğlandır” - deyə Teron oğlu barədə danışarkən bildirib.

Sandra Bullok

Sandra Bullok “People” jurnalının dünyanın ən gözəl qadını seçdiyi məşhur amerikalı aktrisadır. 51 yaşlı aktrisa 2010-cu ildə Yeni Orlean şəhərində yerləşən uşaqlar evindən Luis adlı uşağı övladlığa götürüb.

Oğlu barədə danışan aktrisa bildirir: “O, idealdır. Mənə elə gəlir ki, o, həmişə mənim həyatımda olub. Bundan sonra onun üçün yaşayacağam”.

Nikol Kidman və Tom Kruz

Aktrisa Nikol Kidman və onun ilk həyat yoldaşı Tom Kruz isə qızları İzabella Ceyn və oğulları Konnar Entonini övladlığa götürüb.

Daha sonra aktrisanın daha iki övladı olur. 2008-ci ildə onun və ikinci həyat yoldaşı Kit Urbanının Sandra Rouz adlı qızları dünyaya gəlir. 2010-cu ildə cütlüyün surroqat ana vasitəsilə daha bir qızı – Feya Marqeret dünyaya gəlib. Körpə bioloji olaraq Kidman və Urbant cütlüyünün qızıdır.

Şeron Stoun

Övladlığa uşaq götürən məşhurlar siyahısında Şeron Stoun da var. O, 2000-ci ildə Fil Bronşeynlə evli olduğu vaxt Roan adlı uşağı övladlığa götürüb. Həyat yoldaşı ilə boşandıqdan sonra o, daha iki uşağı – Lerd və Kuini öz himayəsi altına alıb.

“Mən həmişə düşünürdüm ki, övladlığa uşaq götürəcəyəm. Gənc olmağıma baxmayaraq, uşağın övladlığa necə götürülməsi barədə daima nəisə öyrənməyə çalışmışam”, - deyə Stoun bildirib.

Madonna

Övladlığa uşaq götürən məşhurlardan danışarkən Madonnanı xatırlamamaq olmaz. İki uşaq böyüdən (qızı Lurdes və oğlu Rokko) Madonna ailəsini böyütmək qərarına gəlir.

2006-cı ildə Devid Band adlı oğlunu, üç il sonra isə Mersi adlı qızı övladlığa götürüb. Məşhurun fotolarını çəkən paparazzilər Madonnanın doğma və övladlığa götürdükləri uşaqlarının çox mehriban olduğunu bildirirlər.

Hyu Cekman

Övladlığa uşaq götürən məşhur cütlüklər sırasında Hyu Cekman və onun xanımı Debora Li Frensisin də adını çəkmək olar. Onların öz övladları olmadığı üçün cütlük iki uşaq – oğulları Oskar Maksimilian və qızı Ava Eliotu övladlığa götürüb.

Cekman etiraf edib ki, bu uşaqlar onun ailəsini dağılmaqdan xilas edib.

Deniz Riçards

Çarli Şinləolan nikahdan iki övladının olmasına baxmayaraq, Deniz Riçards daha bir uşağı övladlığa götürüb. Hazırda məşhur aktrisa boş vaxtlarını qızları Lola, Sem və Elioze Coni ilə keçirir.

Ketrin Heyql

Ötən gün Azərbaycan mətbuatında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın Əminə adlı qız uşağını övladlığa götürməsi barədə xəbər yayılıb.

Məşhur Hollivud ulduzu Ketrin Heyql və onun həyat yoldaşı Coş Kelli iki gözəl qızın valideynləridir. 2009-cu ildə cütlük Cənubi Koreyadan Nensi Li Kelli adlı qızı, 2012-ci ildə isə Adelida Meri adlı qızı övladlığa götürüb. Məşhur cütlük daha bir uşağı da övladlığa götürmək istəyir: “Biz bunu nikahdan əvvəl müzakirə edirdik. Öz övladlarımızın olması barədə danışırdıq, lakin əvvəlcə övladlığa uşaq götürmək qərarına gəldik”, - deyə aktrisa müsahibələrindən birində qeyd edib.

Evan MakQreqor

Hollivudun ən yaraşıqlı kişi aktyorlarından biri Evan MakQreqor və xanımı İv Mavrakis dörd uşaq böyüdür. Onlardan ikisi övladlığa götürülüb.

İlhamə Quliyeva

Övladlığa uşaq götürən məşhurlar siyahısında azərbaycanlı müğənni İlhamə Quliyevanın da adını çəkmək olar.

Jurnalistlərə açıqlamasında xalq artisti bildirmişdi ki, o Zimbabvedən qaradərili uşaq övladlığa götürəcək: “Belə qərara gəlmişəm ki, qaradərili qız uşağını övladlığa götürəcəm. Ona savad verəcəm, toyunu da mən edəcəm. Bu möhtəşəm arzumu reallaşdıracam`.

Nilufər

Məşhur türk müğənnisi Nilufər də övladlığa uşaq götürən ulduzlardandır. O, Ayişə adlı qaradərili qızı övladlığa götürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.