Şirvanda DYP işçiləri yaşlı qadını döydülər... - İDDİA

29-07-2015, 12:11           
Şirvanda DYP işçiləri yaşlı qadını döydülər... - İDDİA
Polis əməkdaşlarının özbaşınalıqları bitmək bilmir ki , bilmir. Bu dəfə ki, qanunazidd hərəkət Şirvan şəhərində baş verib. Belə ki, dünən axşam 23:00 radələrində Şirvan şəhər polis idarəsinin qarşısında döyülmə faktı qeydə alınıb. Bu haqda döyüldüyünü iddia edən Səmən Qəhrəmanova redaksiyamıza bildirib. Onun sözlərinə görə , Şirvan şəhər YPX inspektorları Murad Süleymanov və Üzeyir adlı şəxslər onu döyüb. Yaşlı qadın aldığı xəsarətlərdən dərhal xəstəxanaya çatdırılıb. Bolgexeber.com olaraq , iddialara aydınlıq gətirmək məqsədilə inspektor Murad Süleymanovla əlaqə saxladıq. O , deyilənlərin yalan və böhtan olduğunu söylədi. Məsələ ilə artıq Bolgexeber.tv (BTV.AZ) yaxından maraqlanmağa başlayıb.TV-nin əməkdaşları artıq Şirvan çəhərinə ezam edilib. Qısa müddətə məsələ araşdırılıb ,geniş videosüjet təqdim ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.