"Azərkosmos" dördüncü peykin buraxılmasından Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir

19-11-2017, 10:51           

"Azərkosmos" ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.

Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, bunu sayca 3-cü peykin "Azerspace-2/Intelsat-38" peykinin buraxılışından sonra bilmək olacaq.

Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.

Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi "Space Systems Loral" şirkətidir.

"Azerspace-2/Intelsat-38" peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.