Müəllimlər məcburi şəkildə pambıq yığmağa aparılır? - Nazirlik

27-11-2017, 20:17           
Müəllimlər məcburi şəkildə pambıq yığmağa aparılır? - Nazirlik
Sosial şəbəkələrdə Goranboy rayonunda həftəiçi ATS, poçt, bələdiyyə işçilərinin, qalan günlər isə müəllimlərin məcburi şəkildə pambıq yığmağa aparılması ilə bağlı məlumatlar yayılıb. Şikayətçi maarif və poçt müdirlərinin pambıq yığmağa getmək istəməyən şəxsləri işdən çıxarmaqla hədələdiklərini qeyd edib. O bundan əvvəl bənzər hadisə zamanı pambıq sahəsinə gedən mikroavtobusun aşması nəticəsində bir nəfərin həlak olduğunu bildirib.

Sözügedən məsələ ilə bağlı Axar.az-a danışan Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə onlara hər hansı bir şikayət daxil olmadığını deyib:

“Bu barədə bizə şikayət daxil olmayıb. Məsələdən xəbərsizik, amma bu şikayətlə bağlı mütləq araşdırma aparacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.