Sumqayıtda məskunlaşan köşkün ailələriı yenə prezidentə müraciət etdilər - MÜRACİƏT

28-11-2017, 20:16           

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Sumqayıt şəhər 20/21-ci mkr ərazisində ev 777-də məskunlaşan məcburi köçkün ailələri Cümşüdov Yadulla Fətulla oğlu, Cümşüdova Şəkər Əyyub qızı, Ələkbərova Mələknisə Həmid qızı , Cümşüdov Vüqar Fətulla oğlu, Cümşüdov Bəhlul Fətulla oğlu və 40-a yaxın məcburi köçkün tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli cənab Prezident!

Məcbvuriyyət qarşısında qalıb Sizə təcili olaraq 3 dəfə təkrar teleqramla müraciət edirik.

1993-cü ildən Qubadlı rayonundan 40-a yaxın məcburi köçkün olaraq Sumqayıt şəhəri 20/21-ci mikrorayon ev 777-də məskunlaşmışıq. Bir qrup adamlar Ədliyyə Nazirliyinin yuxarı vəzifəli məmurları-müavin Azər Cəfərov, Sumqayıt İcra İdarəsinin rəisi Fuad Nəbiyevin təşkilatçılığı və havadarlığı ilə vəzifə səlahiyyətlərini aşaraq, ondan sui-istifadə edərək, erməni işğalçılarının etdiyi əməlləri təkrarlayaraq 2-ci dəfə biz məzburi köçkünləri (müharibə vetereanlarını) öz torpaqlarımızdan, evimizdən çıxarırlar.

Bir qrup adam və Ədliyyə Nazirliyinin yüksək cinli məmurları Azər Cəfərov, Fuad Nəbiyev kimdirlər ki, Ümummilli liderimiz mərhum Prezidentimiz Heydər Əliyevin məcburi köçkünlər barədə verdiyi Fərmanlara qarşı və şəxsən mərhum Heydər Əliyevə qarşı çıxır. Heydər Əliyev demişdir: “İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.

Sizdən xahiş edirik ki, Dövlətimizin bu gərgin dönəmində yaranmış problemimizin həll olunmasına köməklik göstərəsiniz. Əks halda Azərbaycan Respublikası ərazisində erməni işğallarından sonra 2-ci dəfə insan hüquq və azadlıqlarımız kobudcasına pozulduğuna görə, mətbuat konfransı keçirib, beynəlxalq təşkilatlara və səfirliklərə müraciət edib sığınacaq tələb edəcəyik.

Hörmətlə: Cümşüdov Yadulla Fətulla oğlu

və 40-a yaxın məcburi köçkün












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.