Xoşqədəmlə Doğuş övladlarını itirdi (VİDEO)

27-04-2015, 10:32           
Xoşqədəmlə Doğuş övladlarını itirdi (VİDEO)
Ötən gün “Xoşqədəmlə axtarıram səni” verilişi ANS-də ilk efirini reallaşdırıb. Verilişin əvvəllində tanınmış aparıcı Xəşqədəm Hidayətqızı onu yalnız buraxmadıqları üçün tamaşaçılara və kanalın rəhbərliyinə təşəkkür edib.

Aparıcı ailə həyatı qurduqdan sonra birdəfəlik Türkiyəyə gedəcəyi barədə söz-söhbətə də aydınlıq gətirib. O, heç yerə getməyəcəyini və verilişinə davam edəcəyini deyib.

Xoşqədəm həyat yoldaşı Doğuşa da onun yanında olduğu üçün təşəkkür edib. "Bu bir aylıq savaşda mənim yanımda olduğun üçün sənə təşəkkür edirəm. İstanbudan bura mənim üçün gəlib. Mənə verdiyin dəyər üçün minnətdaram".

Doğuş yeni kanalda ilk efir günü həyat yoldaşını tək qoymayıb. "Çox çətin zaman yaşadıq. Yaşadığımız bu dönəmdə biz övladımızı itirdik. Amma biz söz verdik. Ehtiyacı olan insanların yanında olmağa davam edəcəyik. İnsanlara verdiyimiz sözü tutacağıq. Bir ananın övladına, qardaşın bacısına qovuşması üçün övladımızı fəda etdik. Amma inşaallah Allah bir daha nəsib edər. Dualarınızı əksik etməyin".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.