"İran Trampın şərtləri ilə razılaşmasa, sentyabrda məhv olacaq"

3-04-2025, 10:34           
"İran Trampın şərtləri ilə razılaşmasa, sentyabrda məhv olacaq"
ABŞ Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı qrupu yerləşdirdiyinə görə İranın nüvə sazişi ilə razılaşması üçün vaxt daralır.

Bu barədə Böyük Britaniyanın "Daily Express" qəzeti ABŞ Prezidenti Donald Trampın Administrasiyasına istinadən yazıb.

Qəzetin yazdığına görə, İran nüvə sazişi ilə razılaşmasa və nüvə proqramını ləğv etməsə, sentyabr ayına qədər məhv olacaq.

Bildirilib ki, İsrail Tehrana qarşı istənilən hücuma rəhbərlik etməyə hazırdır. Qeyd olunub ki, digər tərəfdən, ABŞ yaxın Şərqdə daha çox bombardmançı və strateji hərbi aviasiya, eləcə də ikinci təyyarədaşıyan donanmanın göndərilməsinə göstəriş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru