“Netflix” ulduzu idman zalında keçinib

3-04-2025, 09:24           
“Netflix” ulduzu idman zalında keçinib
Almaniyalı bodibilder və “Neftlix”in “Berlin polisi” serialının ulduzu Vittorio Pirbazari 44 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun rejissor dostu Səid İbrahim öz “Instagram” səhifəsində məlumat paylaşıb.

İbrahimin sözlərinə görə, Pirbazari idman zalının qaçış trenajorunda məşq edən zaman ürəyi dayanıb. O, “bir anın içində öldü” deyə İbrahim bildirib.

Qeyd edilir ki, 2025-ci ilin yanvar ayında Pirbazari məşqlərdən biri zamanı zədələdiyi əzələsinin müalicəsi məqsədilə əməliyyat keçirmişdi. Bir müddət sonra isə o ağır yol qəzasına düşmüş və hadisə nəticəsində onurğasını və iki ayağını sındırmışdı. Martın 23-də bodibilder yenidən məşqlərə başladığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru