"Aşıq Yediyar" teatrda jurnalistlərlə davasından DANIŞDI

28-04-2015, 18:16           
 "Aşıq Yediyar" teatrda jurnalistlərlə davasından DANIŞDI
Dünən Akademik Milli Dram Teatrında tamaşa zamanı dava düşüb. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, aktyor Yadigar Muradovla jurnalistlər arasında münaqişə olub. Bu haqda SİA-ya jurnalist İntiqam Valehoğlu məlumat verib: “Doğrusu, bu barədə danışmaq istəməzdim. Amma özünü dahi sayan, etika qaydalarını bilən biri hesab edən aktyorun xanım jurnalistlə belə davranışı xoş olmadı. İlk dəfə susduq, yaşına hörmət etdik. Amma ikinci dəfə xanıma "tərbiyəsiz" ifadəsi işlətməsi onun özünün mənəvi durumundan xəbər verdi. 57 yaşlı bir kişi məni bayıra söhbətə çağırır. Ətrafımızda olanlar da gördülər ki, bu adam necə kobud etiraz etdi. O ki qaldı tamaşaya, mən indiyədək belə tamaşaya baxmamışdım. Tamaşa içində tamaşa oldu. Mingəçevir teatrı ilə Yadigar Muradovun sintezi əla alınmışdı. Yaxşı olardı ki, Yadigar Muradovun rəhbərlik etdiyi teatrda ortaya bir iş qoysun. Hər halda gəlib “Azdrama”da qoçuluq eləməkdən daha yaxşı variantdır”.

Yadigar Muradov da baş verənlərə münasibət bildirib: “Onlar teatrda tamaşa boyu saqqız çeynəyirdilər. Bu da yetməz kimi səhnəyə çıxan aktyorlara söz atıb gülürdülər. Əgər onlar tamaşanı bəyənmirdilərsə və işlərinin peşəkarıdırlarsa bir teatrşünas kimi resenziya yazsınlar. Sonda özümü saxlaya bilməyib dedim ki, siz mənə tamaşanı izləməyə mane olursunuz. Lakin söhbətimin üstündən bir az keçməmiş yenidən gülməyə başladılar. Sonra aramızda münaqişə baş verdi və onlara söylədim ki, “siz nə tamaşaya layiq olan tamaşaçı, nə də jurnalistsiniz”. Mən İntiqama çölə çıxmasını tələb etmişəm. Ancaq lazım gəlsə dava da edərdim. Sözügedən bəy jurnalist adına xələl gətirən şəxsdir”.

Adının çəkilməsini lazım bilməyən jurnalist tamaşaya deyil, həmkarları ilə aralarında baş tutan zarafata güldüklərini söyləyib: “Bizə irad tutdu ki, ağzınızdakı saqqızı çıxarın və tamaşada gülməyin. Demək istəyirəm ki, o, bağçada tərbiyəçi deyil ki, bizə mərifət öyrətsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.