Tanınmış aktrisa əsəbləşdi: "Gəzin, dolanın. Onsuzda Covid-19 bitib..."
5-08-2020, 12:06
Tanınmış türk aktrisası Demet Evgar koronavirus yoxmuş kimi gəzib, əylənənləri, tətilə çıxanları qınayıb.
Open.az xəbər verir ki, aktrisa yaxın tanışı olan həkim dostunu itirdikdən sonra, daha da qəzəbli olub.
Sosial media hesabından kinayəli paylaşım edən Demet: "Sahillərdə, gecə klublarında gəzin, dolaşın "dostlar". Necə olsa, daha Covid-19 yoxdur. Bitdi, qalmadı..." deyib.