“Kurtlar vadisi”nin muzeyi də yaradıldı

4-09-2021, 12:25           
“Kurtlar vadisi”nin muzeyi də yaradıldı
Ayaz Zorbəy kinoya aid olan əşyaları bir araya toplayıb

“Kurtlar vadisi” Türkiyədə uzun illər yayımlanan, milyonlarla izləyici kütləsi olan serialdır. Serialın ilk bölümü 2003-cü ildə ekrana gəlib. O zaman fərqli senarisi, usta aktyor heyəti ilə hələ birinci bölümdən sevilib. Filmin bəyənilməsində rejissor Osman Sınavın və senarist Raci Şaşmazın birgə işinin də böyük rolu olub. Hətta serialı izləyicilər elə qəbul ediblər ki, əsas obrazlardan biri - Süleyman Çakır öləndə ona yas da saxlayıblar. Nə isə...



Yazdıqca yazmaq olar. Amma indi “Kurtlar vadisi”nin ən böyük fanatlarının birindən bəhs edəcəyik. O, türk dili müəllimi olan Ayaz Zorbəydir. İyirmi dörd yaşlı gənc həyatdakı yeganə məşğuliyyətinin “Kurtlar vadisi” olduğunu söyləyir. Hətta kinoya sevgisindən etməyib tənbəllik ona muzey də yaradıb. Bəli, düz oxudunuz. Sevilən serialın bir muzeyi də var.



“Şərq” türk mediasına istinadən xəbər verir ki, A.Zorbəy kinoya aid olan əşyaları bir araya toplayıb. Mətbuata müsahibəsində ilk dəfə Polad Ələmdar obrazının saatını və üzüyünü aldığını deyib. Bunun ardınca serialda istifadə olunan aksesuarları əldə etməyə başlayıb. A.Zorbəy bildirib ki, “Kurtlar vadisi” türkcənin ən yaxşı təqdim olunduğu serialdır. O, kinodakı maşınların nömrələrini, Kılıç obrazının bıçağını, Elifin boyunbağını, Laz Ziyanın valını da tapıb. Muzey bu ilin aprel ayında açılıb. İndi isə fəaliyyəti onlayn şəkildə davam edir. Kinoda iştirak edən obrazlar video çəkərək A.Zorbəyə göndərir, o da muzeyin səhifəsində paylaşır. Hətta A.Zorbəy serialdakı səhnələrin çəkildiyi yerlərə, məsələn, məzarlığa, Elifin öldüyü xəstəxanaya, Aslan bəyin evinə yollanıb videolar lentə alır.

Nə deyək? İşlərində uğurlar...
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.