Camal Qaşıqçının nişanlısı Castin Biberə müraciət etdi

23-11-2021, 08:38           
Camal Qaşıqçının nişanlısı Castin Biberə müraciət etdi
Öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz kanadalı müğənni Castin Biberə müraciət edib.

O, müğənnidən Səudiyyə Ərəbistanında verəcəyi konserti ləğv etməsini istəyib.

“Sevgili Camalın qatilləri üçün mahnı oxumayın. Castin Biberin adının və qabiliyyətinin onları tənqid edənləri öldürən bir rejimin etibarını geri qazanmaq üçün istifadə edilə bilməyəcəyini göstərmək üçün misilsiz fürsətə malikdir”, - deyə X.Cengiz bildirib.

Qeyd edək ki, Castin Biber dekabrın 5-də Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki ilk “Formula-1” Qran-prisində səhnəyə çıxacaq.
Mənbə: “Haber Global”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.