Canlı yayım zamanı kuryoz hadisə: Masaya pişik tullandı – VİDEO
23-11-2021, 08:42
Gürcüstanda “Kavkasiya” telekanalının canlı yayımı zamanı kuryoz hadisə yaşanıb.
Belə ki, verilişlərin birində tanınmış gürcü aparıcı David Akubardiya qonağı Qedevan Popxadze ilə ölkədəki siyasi vəziyyət barədə müzakirə apararkən masaya pişik tullanıb.
Dördayaqlı “qonaqla” bağlı video sosial şəbəkədə virus kimi yayılıb, bir çox xarici mediada kadrlar paylaşıb.