Günay keçmiş həyat yoldaşını GÜNAHLANDIRDI

29-11-2021, 08:39           
Günay keçmiş həyat yoldaşını GÜNAHLANDIRDI
"Yaprak dökümü" serialı ilə məşhurlaşan aktyor Tolqa Karelin "İlk göz ağrım" şərhi ilə qızının fotosunu paylaşması təndiq edilib. Hadisənin ardından ötən gecə Nişantaşında görüntülənən azərbaycanlı model Günay Musayeva aktyorun oğlu ilə maraqlanıb-maraqlanmaması ilə bağlı danışıb.

Bizim.Media türk mediasına istinadən xəbər verir ki, Günay "Keçmiş həyat yoldaşınız Tolqa Karellə görüşürsünüz? Aliment verir?" suallarına belə cavab verib:

"Aradan 10 il keçib. Onunla görüşmürük. Nə aliment, onu da keçdim, uşağını belə axtarmır. Onun verəcəyi pula ehtiyacımız yoxdur. Hər kəs öz yolunda".

Qeyd edək ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. Hazırda Amerikada yaşayan aktyorun 2-ci evliliyindən 4-cü övladı dünyaya gələcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.