“Mahnımı onlara həsr etmişəm” - 12 yaşlı “Avroviziya” təmsilçimiz

9-12-2021, 11:35           
“Mahnımı onlara həsr etmişəm” -
Məlum olduğu kimi, bu il “Uşaq Avroviziyası-2021”də Azərbaycanı 12 yaşlı Sona Əzizova təmsil edəcək. O, müsabiqədə “One of those days” mahnısı ilə çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz yerli KİV-ə müsahibəsində mahnısının həyata sevgidən, özünə inamdan, ruhun gücündən bəhs etdiyini deyib:

“Mahnı başqalarının həyatı üçün öz həyatını riskə atan insanlara həsr olunub. Son bir ildə mən əmin oldum ki, superqəhrəman olmaq üçün Supermen paltarı geyinmək vacib deyil. Əgər ürəyimiz sevgi ilə doludursa, hər birimiz Supermen ola bilərik”.

O, mahnısını başqalarını xilas etmək üçün öz həyatlarını riskə atan insanlara həsr etdiyini deyib:

“Məsələn, 2020-ci ildə özlərini digərləri üçün fəda edən yanğınsöndürənlər, tibb bacıları və həkimlər. Onlar məhəbbətlə doludurlar. İstəyirəm ki, onlar heç vaxt sevməkdən əl çəkməsinlər. Baxmayaraq ki, bəzən bu inanılmaz dərəcədə çətin olur. Arzu edirəm ki, mahnım onlara çatsın”.

Qeyd edək ki, 19 ölkənin iştirakı gözlənilən müsabiqə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək. Bu, Azərbaycanın “Uşaq Avroviziya” mahnı müsabiqəsində 4-cü iştirakı olacaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.