Zorlamada ittiham olunan Lyuk Besson barədə qərar açıqlandı
10-12-2021, 00:04
Fransa məhkəməsi məşhur kinorejissor Lyuk Bessona qarşı zorlama ittihamını rədd edib.
Yerli medianın məlumatına görə, rejissora qarşı rəsmi olaraq heç bir ittiham irəli sürülməyib. O, açılan cinayət işində sonadək şahid-təqsirləndirilən şəxs statusunda saxlanılıb.
Qeyd edək ki, hələ 2018-ci ildə 28 yaşlı aktrisa Send Van Roy Bessona qarşı zorlama iddiası irəli sürmüşdü.