“Böyük şəhərdə seks” filminin ulduzu iki qadına təcavüzdə ittiham olunur
18-12-2021, 10:34
“Böyük şəhərdə seks” filminin ulduzu Kris not təcavüzdə ittiham olunur. Üstəlik məşhur aktyor sözügedən ittihamla bir deyil, iki nəfər tərəfindən ittiham edilib. Belə ki, qadınlardan biri aktyorun 2015-ci ildə birlikdə şam etdikdən sonra evində ona təcavüz etdiyini bildirib. Digər qadına qarşı isə aktyorun 2004-cü ildə seksual zorakılıq xarakterli hərəkətlər etdiyi iddia olunub.
Artıq məsələyə Kris Notun özü də münasibət bildirib. O, iddiaları təkzib edərək qadınları intim yaxınlığa məcbur etmədiyini söyləyib.