Məşhur aktyorun qardaşı intihar etdi - 12-ci mərtəbədən özünü atdı
20-12-2021, 12:08
"Evlilik hakkında her şey" serialında reper Aztek Ural obrazını canlandıran aktyor Fırat Altunmeşeyə ağır itki üz verib.
Teref.az Axşam.az-a istinadən xəbər verir ki, aktyorun 42 yaşlı qardaşı Ali Murat Altunmeşe intihar edib. O, Yenişehirdə qaldığı binanın 12-ci mərtəbəsindən özünü ataraq həyatını itirib. Alinin psixoloji problemləri olduğu və bir müddətdir müalicə aldığı bildirilib.
Qeyd edək ki, Fırat kimi aktyorluq sənəti ilə məşğul olan Ali sonuncu dəfə "Barbaroslar Akdeniz'in kılıcı" adlı ekran işində rol alıb. O, həm də ifaçı İzzet Altınmeşenin oğludur.