Jerar Depardyeni təcavüzdə ittiham edən aktrisanın kimliyi bəlli oldu
21-12-2021, 09:17
Kanadalı aktrisa Şarlotta Arnold ilk dəfə açıq şəkildə fransız aktyor Jerar Depardyeni təcavüzdə ittiham edib.
Hadisə 2018-ci ildə baş verib, bu barədə mətbuatda yazılsa da, aktrisanın kimliyi buna qədər gizli saxlanılıb.
Jerar Depardye Şarlotta Arnoldun atası ilə dostluq edib. O, 2018-ci ilin avqustun 7 və 13-də tamaşanın məşqi üçün J.Depardyenin evinə gəlib. İş üzrə araşdırma başladılsa da, 2019-cu ildə hadisənin baş vermə şəraitinin qeyri-müəyyən olması səbəbilə dayandırılıb. 2020-ci ildə araşdırma yenidən başlayıb. İfadə verən Jerar Depardye bütün ittihamları rədd edib.