"Bəsdir sənətkarları bu qədər təhqir etdiniz, alçaltdınız" - ETİRAZ

22-12-2021, 16:26           
"Bəsdir sənətkarları bu qədər təhqir etdiniz, alçaltdınız" - ETİRAZ
"Ötən gün “Yeni sabah” saytının bir jurnalisti zəng edib Novruz Qartal haqqında məndən müsahibə götürmək istədiyini dedi. Baxmayaraq ki, Novruz Qartal haqqında iki dəfə müsahibə vermişəm. Çox əsəbləşdim, dedim ki, siz bu yazılarla nə demək istəyirsiniz? Novruz Qartalı milli qəhrəman etmisiniz. Düzgün hərəkət etmirsiniz. Ondansa, ona kömək edin. Mən bu barədə müsahibə vermək istəmirəm. Onu demək istəyirəm ki, Novruz Qartalın iki dəqiqədən bir xəstə şəklini saytlara qoyub oyun çıxarırlar".

Teref.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı söyləyib. O daha sonra əlavə edib:

"Bəsdir sənətkarları bu qədər təhqir etdiniz, alçaltdınız. Bəli, Novruz Qartala köməklik də olunur, istər teatr, teatrın rəhbərliyi Əliqismət Lalayev, istərsə də dövlət tərəfindən. Müəyyən tapşırıqlar verilib, indi bunları xırdalamaq istəmirəm. Novruz Qartalın ev məsələsi ilə çox ciddi məşğul olunur. Onların içində mən də varam. Mən də öz ərkim çatan dövlət xadimlərinə çatdırmaq istəyirəm ki, Novruz heç olmasa öz evindən götürülsün. Əlbəttə, bu, qəribə bir xahişdir. Bunların hamısını vaxtında etmək, vaxtında fikirləşmək lazım idi. Nə isə. Amma Novruzun xəstəliyindən istifadə edim, müsahibə verim, xəstəliklə bağlı nə qədər nə kəsildi, nə qaldı kimi şeyləri yazmaq boş-boş savadsız şeylərdir. Bu qız mənim iki kəlməmi götürüb yazıb. Bu gün də zənglərimə cavab vermir. O qıza çatdırmaq istəyirəm ki, Allah böyükdür. Bəndə ilə zarafat edə bilərsən, amma Allah sənin bu zarafatının cavabını çox tezliklə versin. Heç vaxt heç kimə küfr etməmişəm. Nə mən, nə də Novruz Qartal zarafat edən yaşda deyil. Nə də sən o dərəcədə deyilsən ki, məndən müsahibə götürəsən. O ki qaldı belə rişxəndlik edəsən".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.