Ulduz müğənni şahzadədən 14 milyon dollara MALİKANƏ ALDI - FOTO
23-12-2021, 07:00
Əfsanəvi amerikalı müğənni, 25 "Qremmi" mükafatı laureatı Stiv Vunder Los-Ancelesdə malikanə alıb.
Publilka.az xəbər verir ki, bu barədə "Dirt" məlumat yayıb.
Bildirilib ki, daşınmaz əmlakın satıcısı Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Faysal əl Səud olub .
Malikanə prestijli Bel Air bölgəsində yerləşir. Vunder onun üçün təxminən 14 milyon dollar ödəyib.
Şahzadə bu mülkə 2012-ci ildən sahibdir. O, vaxtı ilə sözügedən malikanəni 13,3 milyon dollara alıb. Satışdan əvvəl şahzadənin ailəsi orada yaşamayıb. Malikanə aylıq 75 min dollara icarəyə verilib.