Pınardan serialdan ayrılması haqda iddialara cavab
25-12-2021, 00:01
Türkiyəli aktrisa Pınar Dəniz "Yargı" serialının mövsüm sonu final edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnstaqram hesabında açıqlama verən aktrisa yayılan məlumatın doğru olmadığını bildirib:
"İçində olduğum üçün xoşbəxt olduğum və son dərəcə əylənərək çalışdığım işdən, "Yargı" serialından ayrılmağım doğru deyil. Sizin marağınız artdıqca, biz də hekayəmizə davam edəcəyik".
Qeyd edək ki, P.Denizin başqa bir layihədə yer alacağı da iddia olunmuşdu.