Tanınmış müğənninin oğlu intihar etdi

10-01-2022, 08:25           
Tanınmış müğənninin oğlu intihar etdi
Məşhur irlandiyalı müğənni Şineyd O'Konnorun 17 yaşlı oğlu intihar edib.

Bizim.Media xəbər verir ki, bu barədə ifaçı tviter hesabında məlumat yayıb.

"Mənim gözəl oğlum Neviim Nesta Ali Şeyn O'Konnor, həyatımın işığı, bu gün yer üzündəki mübarizəsinə son qoymaq qərarına gəldi və indi o, Allahladır. Heç kim ondan nümunə götürməsin. Mənim övladım, mən səni çox sevirəm" - deyə, o, yazıb.

Qeyd edək ki, Neviim bundan əvvəl də iki dəfə intihara cəhd edib. O, daha sonra müalicə olunmaq üçün klinikaya yerləşdirilsə də oradan qaçıb.


Bundan sonra ifaçı sosial şəbəkə hesablarında onun itkin düşməsi ilə bağlı axtarış elan edib. Ötən gün itkin düşən Neviimin cəsədi bu gün polis tərəfindən aşkarlanıb.

Onu da qeyd edək ki, Şineyd özü də narkotik asılılığından əziyyət çəkdiyi vaxtlarda intihara cəhd edib.

O, 2018-ci ildə İslam dinini qəbul edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.