Sibel Canın konsertində ŞOK OLAY: bələdiyyə sədri görün nələr etdi - VİDEO

18-07-2022, 00:07           
Sibel Canın konsertində ŞOK OLAY:
Məşhur sənətçi Sibel Can Balıkesirin Edremit rayonunda pərəstişkarları ilə görüşüb.
Teref.az Publika.az-a istinadla xəbər verir ki, konsert davam edərkən Edremit bələdiyyə başçısı Həsən Arslan təşəkkür etmək üçün Sibel Canın yanına getmək istədiyini bildirib, ancaq mühafizəçilər ona icazə verməyib.

Onlara sərt reaksiya verərək yerindən qalxan bələdiyyə sədri konsert ərazisini tərk etmək istəyərkən təşkilatçı komanda ilə mübahisə edib. Daha sonra qısamüddətli əlbəyaxa dava olub. Jandarma qrupları səlahiyyətlilərlə mübahisə edən bələdiyyə sədrini uzaqlaşdırmağa çalışıb, lakin polislərin gəlişi ilə gərginlik daha da artıb.

Tamaşaçıların etirazından sonra Həsən Arslan konsert ərazisini tərk edib. Sibel Can qısa fasilədən sonra konsertinə davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru