Nazim İbrahimovun qızının qarderobu böyük sərvıtdir - FOTOLAR
8-06-2016, 16:46
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova qarderobunu nümayiş etdirib.
Axşam.az-ın məlumatına görə, “buro247.az” saytının fotokamerası qarşısına keçən gənc dizayner sevimli rəngindən, geyim tərzindən danışıb. O, qara rəngi sevdiyini bildirib.
Hündürdaban ayaqqabılara üstünlük verən K.İbrahimova bəzən dabanın 16 santimetrə belə çatdığını etiraf edib.
Çantalara gəlincə, gündəlik variant olaraq, Kəmalə böyük ölçülü çantalardan istifadə edir, ziyafət obrazı üçün isə uzun zəncirli klatçlara üstünlük verir.
Qeyd edək ki, K.İbrahimova "DeCamie" adlı moda evinə sahibdir.