Mirşahinin xanımı ANS-dən getdi - Vahid Mustafayevlə dalaşıb + Açıqlama

9-06-2016, 11:53           

Keçmiş əməkdaşlarını geri qaytarması barədə xəbərlər dolaşan ANS telekanalında daha iki istefa reallaşıb.

teref.az Ölkə.Az-a istinadən məlumatına görə, Səbinə Heydərova mart ayından işdən ayrılıb. İstefası daha böyük səs-küyə səbəb olacaq şəxs isə Sevda Həsənovadır (Böyük Seva). Həsənova iyirmi illik iş yerindən Heydərova ilə eyni vaxtda gedib. Lakin istefalar mediadan ciddi cəhdlə gizlədilir. Bildirilir ki, hər iki şəxsin işindən ayrılmasına səbəb ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə münasibətlərinin pisləşməsidir.

Xatırladaq ki, Səbinə Heydərova ANS-in vitse prezidenti Mirşahin Ağayevin həyat yoldaşıdır.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, Sevda Həsənova ailəsində baş verən faciə səbəbindən işə çıxmır: “Onun atası rəhmətə gedib. Bununla bağlı olaraq işə çıxmır. Səbinə Heydərovayla bağlı isə heç bir bir məlumatım yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.