Mirşahindən sərt açıqlama: - `Onları məhkəməyə verəcəyəm`

9-06-2016, 13:11           

ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşı Səbinə Heydərovanın işdən çıxarılması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Mirşahin Ağayev AzVision.az-a açıqlamasında haqqında yayılan məlumatlarla bağlı mətbuata geniş açıqlama verəcəyini bildirib. O, həyat yoldaşının işdən çıxarılması haqda məlumat yayan saytları məhkəməyə verəcəyini deyib.

“Bu xəbərlərlə bağlı geniş açıqlamam olacaq. Onu qeyd edim ki, bu məlumatları yayanları məhkəməyə verəcəyəm”.

Mirşahindən sərt açıqlama:

Qeyd edək ki, ölkə.az saytının yaydığı məlumata görə, Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova ANS TV-dəki işindən ayrılıb.

Saytın yaydığı məlumata görə, eyni zamanda ANS-də “Böyük Seva” kimi tanınan Sevda Həsənova da işdən çıxıb. Məlumatda qeyd edilir ki, hər iki şəxsin işindən ayrılmasına səbəb ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə münasibətlərinin pisləşməsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.