Çox baxdığımız, amma haqqında az bildiyimiz film barədə çox maraqlı faktlar – FOTO-VİDEO
10-06-2016, 11:44
Mustafa Akkadın rejissoru olduğu və İslamın gəlişindən bəhs edən “Çağırış” (The Message) filmi 1976-cı ildə çəkilib. Filmin təqdimatından illər keçməsinə baxmayaraq, bu gün də həmin filmə təkrar-təkrar baxılır.
Qafqaznews.az FaktXeber.com-a istinadən bu gün sizə sözügedən film barədə bəzi maraqlı faktları təqdim edir.
Filmin əksər hissəsi Liviyada, ilk 15 dəqiqəsi isə Mərakeşdə çəkilib. (Bu barədə bir qədər sonra) Filmdə Məhəmməd Peyğəmbərin (s) üzü heç göstərilməyib, amma bəzi hadisələr onun baxışı ilə göstərilib.
Həmçinin filmin “Ar Risalah” adlı ərəb versiyası da “Çağrış” filmi ilə eyni anda çəkilib. Amma filmin ərəb versiyasında, ancaq Şərq ölkələrinin aktyorları oynayıb. Aşağıdakı videoda filmin ən məşhur səhnələrindən birinin hər iki variantını təqdim edirik:
Filmdə “Vəhşi” obrazının canlandıran Salem Gedara adlı aktyor ölkəsində iş tapa bilməyib. Buna səbəb isə onun filmdə Həzrət Həmzəni öldürməsi olub. Dəfələrlə onun evinə Həmzəni öldürməsinə görə təhdid məktubları da gəlib.
Bu filminin musiqilərini fransız musiqiçi Moris Jarre, İngiltərə filarmoniya orkestri ilə birlikdə səhrada çadırda təkbaşına 2 ay qalaraq hazırlayıb. Film üçün suriyalı rejissor Mustafa Akkad Moris Jarreyə yeni çəkəcəyi “Çağırış” filminin musiqilərini hazırlamasını təklif edəndə, Jarre çölün atmosferini ruhunun dərinliklərində hiss etməsi lazım olduğunu və buna görə özündən başqa heç kim olmayacağı, son dərəcə səssiz bir məkan tənzimləməsi lazım olduğunu, əlavə olaraq isə İslam tarixindən bəhs edən kitabları da ona gətirməsini istəyib.
Film barədə maraqlı hadisələr
– Amerikada bir kinoteatrda bəzi şəxslər tərəfindən Həzrət Peyğəmbərin filmdə göstərildiyi zənni ilə tamaşaçılar girov götürülüb. Daha sonra filmə Əl-Əzhər Universiteti tərəfindən təsdiq verildiyi, peyğəmbərin göstərilmədiyi məlumatı əlavə olunduqdan sonra hadisə müsbət sonluqla başa çatıb.
– Filmdə Məkkə şəhərinin mərkəzinin yaradılması 4 ay yarım vaxt aparıb. Səhnələrin qurulması üçün isə 300 nəfər işləyib.
– Bilal rolu üçün məşhur boksçu Məhəmməd Əlini rejissor Mustafa Akkada təklif ediblər, ancaq o bunu qəbul etməyib. Onun yerinə Johnny Sekka rol alıb.
– Ümumilikdə film 12 dilə tərcümə olunub.
– Çəkiliş zamanı 28 müxtəlif millətə məxsus insan iştirak edib.
– Filmdə döyüş səhnələrinin çəkilişi üçün bütün atlar xüsusi təlim görüb.
– Film çəkildikdən sonra Həmzə obrazını canlandıran Entoni Quinnin müsəlman olduğu şayiələri yayılıb. Lakin bir müsahibəsi zamanı rejissor Mustafa Akkada verilən bu suala cavab olaraq, “Entoni Quinn mənə müsəlman olmadığını, ancaq həm İslama daha çox hörmət bəslədiyini, həm də öz dininə daha çox bağlandığını söyləyib”, – deyib.
Filmdə əsas rolları canlandıran aktyorlar isə həm obrazda, həm də həyatda görə bilərsiz:
Mustafa Akkad müsahibəsində “Çağırış” filmi layihəsinin necə yarandığını belə açıqlayıb: “Uşağım olanda belə bir duyğuya qapıldım: “Uşaqlarıma dinlərini öyrətməliyəm”, – dedim və məsuliyyətimi xatırladım. Məhz “Çağırış” layihəsi belə ortaya çıxdı”.
Filmin çəkilməsində ən böyük problem maliyyə məsələsi imiş. Amma Mustafa Akkad maliyyə problemini həll etməyə nail olub. Səudiyyə Ərəbistanı filmə sponsorluq etməyi boyun olur. Filmin çəkilişlərinə 1974-cü ildə Mərakeş səhralarında başlanıb. Amma filmə sponsor olan Səudiyyə Ərəbistanı ssenaridə səhabələrə sevginin daha çox olduğunu vurğulayaraq, filmə maddi dəstəkdən imtina edir. Hətta bununla da kifayətlənməyərək, Mərakeş hökumətinə də təzyiq göstərərək, film komandasının ölkədən çıxarılmasına nail olur. Çəkilən bütün xərclər, qurulan səhnələr səhranın ortasında tılmış vəziyyətdə qalır. Bu müddət ərzində Mustafa Akkad filmin yalnız 15 dəqiqəlik hissəsini çəkibmiş.
Mustafa Akkad filmin 15 dəqiqəsini montaj edərək Liviya prezidenti Müəmmar Qəddafi ilə görüşür. O, filmin 15 dəqiqəlik hissəsini Müəmmar Qəddafiyə baxdırır. Filmdən razı qalan Müəmmar Qəddafi filmin qalan hissəsinin harada olduğunu soruşur. Mustafa Akkad vəziyyəti Qəddafiyə izah edir. Qəddafi filmə tam dəstək verəcəyini bildirir.
Müəmmar Qəddafinin dəvəti ilə Mustafa Akkadın film briqadası Liviyaya köçür. Burada çətin şərtlərdə həyata keçirilən filmin 600 nəfərdən ibarət komanda isə aylarla səhradakı kərpic evlər tikməyə başlayır və yeni səhnələr qurulur. Bütün çətinliklərə baxmayaraq, çəkilişlər 1976-ci ildə tamamlanır.