“Hamiləliyimi gizlətmək istəsəm də, bacarmadım” – Xalq artisti
10-06-2016, 11:57
Ana olmaqa hazırlaşan xalq artisti Gülyanaq Məmmədova ad gününü qeyd edir. O, bu haqda Milli.Az-a açıqlama verib: “Ad günümü keçirməyi sevmirəm, amma məcbur olub gələn qonaqlara süfrə açıram. Bu gün işlərim, çəkilişlərim çoxdur. Ad günümü çəkilişdə qeyd edəcəyəm. Təbii ki, ilk təbriki adət-ənənəyə uyğun olaraq ailəmdən alacağam. Hədiyyənin mənim üçün önəmi yoxdur, əsas diqqətdir”, – deyə xalq artisti bildirib. Xalq artisti hamiləliyini ilk dəfə əməkdar artist Zöhrə Abdullayevanın bildiyini qeyd edib: “Nə qədər istəsəm də, xəbəri gizlədim, bunu bacarmadım. Çünki bu tip xəbərlər tez yayılır. İlk öncə Zöhrə Abdullayeva bildi, sonra da digər sənət yoldaşlarım. “Nanəli” verilişinin Türkiyədəki çəkilişi zamanı Zöhrə xanım məni çox qorudu. Hətta mənim üçün ayrıca otaq da sifariş verdi. Allah onun canını sağ etsin”.