Səidə Dadaşova Dilarəni tənqid etdi: “Soyunmaqdansa, səsi ilə tanınsın”

10-06-2016, 21:22           

Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova həmkarı Dilarə Kazımovanın çimərlik geyimindəki fotosessiyasını tənqid edib.

Xalq artistinin qızı azərbaycanlı bir xanıma belə geyimi yaraşdırmadığını deyib. Dadaşova müğənninin sənəti ilə tanınmasının vacib olduğunu deyərək, ifaçıların soyunmasını kəskin tənqid edib:

“Sənətçidir, gedib çimərlikdə yox, lüt fotosessiya etdirsin. Bəsdirin, sənət adamı işiylə, səsiylə fərqlənsin. Hamı bunu edə bilər. Görmüşük ki, sənət adamı örnək olar: geyimi, səsi, özünü aparmağı ilə... Bu ən sadə yola əl atıb. Nə qədər peşəkar stilistlərimiz var. Geyinməyi bacarmırsa, onlara müraciət eləsin. Daha da zövqlü görünər. Bizimkilər Beyonsa, Şakiraya, ona-buna baxıb ibrət götürür, onları təkrarlayır. Özünüz olun, ideyalarınız olsun.

Bu biabrçılığı heç səhifələrə qoymamalısınız. Səslə fərqlənmək lazımdır, lütlənməklə yox. Get-gedə biabırçılıq artır. “Eurovision"da lüt olmaq lazımdır? Olmaz ki, bədənə uyğun modern libaslar geyinilsin? Bu valideynlər hara baxır? Allah, uçuruma gedirik”.

Qaynarinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.