“Çılpaq” gecədə iştirak edən Lolitanın ETİRAFI: “İndi döşəmə yuyuram” - VİDEO

29-12-2023, 17:44           
“Çılpaq” gecədə iştirak edən Lolitanın ETİRAFI:
Xəbər verdiyimiz kimi, “Orel i reşka” səyahət verilişi ilə məşhurlaşan aparıcı və bloqer Nastya İvleyevanın təşkil etdiyi “çılpaq” tədbirdən sonra qalmaqallı gecənin bir çox qonaqları ciddi problemlərlə üzləşiblər.

Bizim.Media xəbər verir ki, sözügedən məclisdə iştirak edən rusiyalı müğənni Lolita Milyavskayanın Yeni il tədbirlərindən adı çıxarılıb və konsertlərinin hamısı ləğv edilib.

Sosial şəbəkə hesabında 60 yaşlı sənətçi İvleyevanın məclisindən sonra nə etdiyini izləyicilərinə çatdırıb.

Lolita paylaşdığı videoda işsiz qalaraq ev işləri ilə məşğul olduğunu deyib. O, "şvabra" ilə şəklini çəkərək, nəhayət ki, mənzili təmizləyəcəyini bildirib.

“Hər şey Allahdandır. O qədər uzun müddətdir ki, mənzili təmizləmirəm. Mən təqaüdçüyəm və evdar qadın olmağa alışıram, indi döşəmə yuyuram. Və bahar gəlir, kolları budamaq lazımdır”, - deyə Lolita vurğulayıb.

Müğənni bir gecədə taleyinin kəskin şəkildə dəyişdiyini etiraf etsə də, ruhdan düşməməyə çalışır:

“İki aydır ki, döşəmələri yumuram: ətrafda kir və toz var”.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni sosial şəbəkə hesabında videomüraciət yayımlayaraq İvleyevanın “çılpaq” tədbirində bütün sərhədləri keçdiyini etiraf edib. Lolita hesab edir ki, o, ümumdünya qınaqına layiqdir və indi Yeni il konsertlərindən kənarda qalıb.

Sənətçi “çılpaq” məclisə görə indi nəinki qəzəbli mesajlar, hətta təhdidlər də aldığını bildirib. Onun sözlərinə görə, onun təyin etdiyi konsert salonlarının direktorları da eyni mesajları alır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.