Faiq Ağayevin fotosu dünyanın ən bahalı küçəsində: - qiyməti isə...

29-12-2023, 12:16           
Faiq Ağayevin fotosu dünyanın ən bahalı küçəsində: - qiyməti isə...
Xalq artisti Faiq Ağayevin fotosu dünyanın ən məşhur küçəsində yayımlanıb.

Ölkə.Az xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkələrdə paylaşım edib.

Müğənninin fotosu ABŞ-nin Nyu York şəhərində yerləşən "Tayms" meydanındakı çoxmərtəbəli binalardan birinin nəhəng monitorunda əks etdirilib.

Monitorda F.Ağayevin fotosu ilə yanaşı, "doğum günün mübarək, kral" sözləri yer alıb.

Qeyd edək ki, bu gün Faiq Ağayevin 51 yaşı tamam olur.

Onu da əlavə edək ki, “Times square” dünyanın ən bahalı küçələrindən biridir.

Araşdırmamız zamanı məlum oldu ki, sözügedən ərazidə yerləşən binaların üzərindəki bilbordda foto və videoların yayımlanmasının qiyməti rezerv edilən vaxta görə dəyişir.

Belə ki, siz dünyanın ən bahalı meydanlarından olan “Tayms”da fotonuzun 15 saniyəlik nümayiş edilməsini istəyirsinizsə, 40 dollar, gün ərzində 20 dəfə 15 saniyəlik nümayiş üçün 500 dollar, 12 saatlıq sifariş üçün isə 115 min dollarınızdan keçməlisiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru