Aynişan Quliyeva polisə müraciət etdi: “Bezdim mən”

21-03-2024, 00:02           
Aynişan Quliyeva polisə müraciət etdi:
İnfluenser Aynişan Quliyevanın adından saxta məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İzləyicilərindən biri ona “Aynişan xanım, sizin müsahibənizi oxumuşam. Dedikləriniz həqiqətən düzdür? Mənim kimi adi insanlar da o tətbiqə qoşulub qazana bilər mi?”, - deyə müraciəti edib.

Aynişan bu mesaja “Adımdan yalan məlumatlar yayılır. İnsanları aldadırlar. Bezdim mən”, - cavabını verib.
O, paylaşımına Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabını işarələyərək buna bir çarə tapılmasını xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru