“Dedim, bu maşından düşməyim xoşunuza gəlmirsə, qayıdıb çıxıb gedirəm”

25-03-2024, 16:16           
“Dedim, bu maşından düşməyim xoşunuza gəlmirsə, qayıdıb çıxıb gedirəm”
“Dedim, bu maşından düşməyim xoşunuza gəlmirsə, qayıdıb çıxıb gedirəm”
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Mətanət Əliverdiyeva öz verilişində deyib.

O, insanlara yuxarıdan aşağı baxan şəxslərdən danışıb və bahalı avtomobilinə, digər maddi üstünlüklərinə görə adamlara dəyər verilməsinə qarşı çıxıb:

“Bir müddət öncə avtomobilimi satmışdım. Bir məkanın açılışına dəvət etmişdilər. Operatorların birindən xahiş etdim ki, məni həmin yerə aparsın. Dedi apararam, amma Mətanət xanım, məndə “Jiquli”dir. Dedim, nə fərqi var, maşın olsun də…

Həmin məkana çatdıq, maşından düşəndə gördüm, obyektin sahibi mənə birtəhər baxır. “Jiquli”də gəlməyim onun təəccübünə səbəb olmuşdu.

Dedim, sizə mən lazımam, ya maşın? Bu maşından düşməyim xoşunuza gəlmirsə, qayıdıb çıxıb gedirəm. Dedi yox, sadəcə, bu maşınla gəlməyiniz mənə qəribə gəldi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru