Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişiklik etdi - FOTO

27-03-2024, 16:08           
Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişiklik etdi - FOTO
Hollivud ulduzu Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişikliyi ilə gündəm olub.

O, bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

Fotolarda 56 yaşlı Nikol Kidmanın yeni saç düzümü ilə görünüb. Kadrlardan görünür ki, o, saçlarını qısaltmaqla yanaşı, açıq sarı rəngə boyatdırıb.

Pərəstişkarları aktrisadakı dəyişikliyi bəyəniblər və yeni saç düzümünü indiyə kimi olanların ən yaxşısı adlandırıblar.

Qeyd edək ki, Hollivud ulduzu ötən həftə “Elle” jurnalının yeni sayının siması olub. Məşhur fotoqraf Mario Sorrentinin obyektivində aktrisa bir neçə geyimi sınayıb, onlardan bəzilər isə olduqca açıq-saçıqlığı ilə seçilib. Kadrlarda Kidman uzun və tünd rəngli saçlardadır.



Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.