Lalə Məmmədovadan CƏSUR PAYLAŞIM: - “Bir tək siz soyunmamışdınız...” 28-03-2024, 17:50 Müğənni Lalə Məmmədova yeni tərzi ilə görənləri təəccübləndirib.Yenicag.az xəbər verir ki, son vaxtlar zahiri görünüşünü tez-tez dəyişən Lalənin bu dəfə geyim tərzi müzakirələrə səbəb olub.Sənətçinin “Instagram” hesabında “Sən yağışa baxarsan. Mən yağışı öpərəm…” şərhi ilə paylaşdığı fotosu tənqid atəşinə tutulub.Onun əvvəllər daha xanım-xatın olduğunu xatırladan əksər izləyicilər ona bu geyimi yaraşdırmayıblar:“Heç layiq görmədim, siz xanım-xatın idiniz. Qayıdın xanımlığınıza.Soyunmaq zövqlü olmaq deyil. Zülfiyyə Xanbabayeva soyunmur, amma əlçatmazdır…Qəşəngsiniz, söz yox. Lakin bir tək siz soyunmamışdınız, siz də soyundunuz…Sizin səhnəyə uyğun öz stiliniz var idi. Axı o Lalədən əsər-əlamət qalmadı. Heyf…Heç də yaraşmır bu tərz sizə…Tünzalədən sonra siz tamaşaçıları sarsıtdınız…»Bununla belə, onun yeni tərzini bəyənən, gözəlliyinə tərif yağdıranlar da olub. Facebook-da paylaş