Flora Kərimova klinikaya 30 min manatlıq təzminat davası açdı

3-07-2024, 15:08           
Flora Kərimova klinikaya 30 min manatlıq təzminat davası açdı
Xalq artisti Flora Kərimova onu əməliyyat etmiş həkimdən və əməliyyatın aparıldığı klinikadan 30 min manat pul tələb edir.

Müğənninin iddiasına görə, televerilişlərin birində tanış olduğu Sevinc Heydərova öz reklamından ötrü onun sağlamlığına ciddi ziyan vurub:

“Məni inandırdı ki, göz ətrafında plastik əməliyyata ehtiyacım var. Özü də könüllü şəkildə əməliyyata ödənilməli məbləğdən imtina elədi. Əməliyyat onun iş karyerasına böyük təkan olacaq, daha geniş auditoriyada tanıdacaqdı. Özünüreklam üçün mənim sağlamlığıma ziyan vurdu”.

“International Medical Centre”də müğənninin hər iki gözünün ətrafında əməliyyat aparılıb. O, əməliyyatdan sonra kipriklərinin tökülməsindən, gözlərinin əyilib eybəcərləşməsindən şikayətlənir. Təkrar əməliyyata ehtiyac duyduğunu söyləyən F.Kərimova deyir ki, xaricdə bu əməliyyatın qiyməti 30 min manatdır və bu üzdən həmin pulu klinika və həkimdən tələb edir. O, məhkəmədə də 30 min manatlıq tələblə iddia qaldırıb.

Xalq artistinin 83 yaşı var və daha bir iddiası budur ki, onu əməliyyat edən S.Heydərovanın gerçək ixtisası cərrah deyil, fizioloqdur. Dediyinə görə, bu məlumatı da əməliyyatdan sonra bilib. İstər klinika, istərsə həkim F.Kərimovanın iddialarını qəbul etmir. Klinikanın nümayəndəsi də, S.Heydərova da müğənninin səsləndirdiyi ittihamların əsassız olduğunu deyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.