Ağır xəstə olan Selin Dion konsertə hazırlaşır - 4 il sonra

6-07-2024, 17:44           
Ağır xəstə olan Selin Dion konsertə hazırlaşır - 4 il sonra
Fransız əsilli Kanada ifaçısı Selin Dion ciddi sağlamlıq problemləri olsa da, məşqlərə başlayıb və Las-Veqasda (ABŞ) çıxışa hazırlaşır.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, Selin Dion dörd ildən sonra ilk dəfə səhnəyə çıxacaq. O, sonuncu dəfə pandemiyadan əvvəl, 8 mart 2020-ci ildə çıxış edib. İnsayderlər bildiriblər ki, 56 yaşlı ulduz gizli şəkildə payızda baş tutacaq məhdud sayda konsertlərə hazırlaşır. Mütəxəssislər ona 18 ay ərzində səsini bərpa etməyə kömək ediblər.

Ağır xəstə olan sənətçi 70 dəqiqəlik şoularda ən böyük hitlərini səsləndirməyi planlaşdırır.
Selin Dionun səhhəti pisləşərsə, konsertlər təxirə salınacaq. Müğənninin imkanlarını qiymətləndirmək üçün ilk konsert digərlərindən daha qısa olacaq.

2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmun hərəkət pozğunluğudur. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.