Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Aktyor artıq Tanzaniya arxipelaqında torpaq əldə edib və Tanzaniya prezidenti Samia Suluhu Hasandan icazə alıb.
Məlumata görə, studiya Hollivud, Nollivud və ya Bollivuddakı studiyalara bənzəyəcək. O, "Zollywood" adlandırıla bilər.
Valideynləri Sierra Leone və Qanadan olan britaniyalı aktyor artıq Afrikada böyüyən kino sənayesini inkişaf etdirmək, xüsusən də Qanada kinostudiya yaratmaq planlarını da açıqlayıb.