Məşhur aktyor oğlunun nadir xəstəliyindən danışdı

9-08-2024, 16:54           
Məşhur aktyor oğlunun nadir xəstəliyindən danışdı
Hollivud aktyoru Kolin Farrell müsahibəsində kanadalı model Kim Bordenave ilə 20 yaşlı oğlu Ceyms haqqında danışıb.

Oxu.Az "People"a istinadən xəbər verir ki, Ceyms inkişaf pozğunluğu, nitq ləngiməsi və əqli gerilik ilə xarakterizə olunan Angelman sindromundan əziyyət çəkir.

"Əvvəlcə onun çox sakit uşaq olduğunu düşünürdüm. Lakin sonradan bir çox göstəricilərə görə geri qalmağa başladı. Oturmadı, iməkləmədi. Başa düşdük ki, nə isə problem var", - o bildirib.

Ceymsə iki yaşı olanda diaqnoz qoyulub. Aktyorun sözlərinə görə, həkimlər məyusedici proqnozlar veriblər: oğlunun heç vaxt yeriyə bilməyəcəyi barədə xəbərdarlıq ediblər. Ancaq qorxuları gerçəkləşmədi: dördüncü doğum gününə qədər uşaq gəzməyə başlayıb.

Farrell qeyd edib ki, oğlunun ilk addımlarını heç vaxt unutmayacaq.

"Mən bilirdim ki, onlar (Ceyms və onun həkimi) nitq və yerimək üzərində işləyirlər. Terapevt yanıma gəldi və dedi: "Ceyms sizə bir şey göstərmək istəyir". O, mənə harada dayanmalı olduğumu göstərdi və Sonra onu götürüb ayağa qaldırdı və dedi: "Get". O, altı addım atdı və mən göz yaşlarımı saxlaya bilmədim", - o bildirib.

Aktyor qeyd edib ki, oğlu hər kəsə tanış olan gündəlik işləri yerinə yetirmək üçün çox səy göstərməlidir: məsələn, özbaşına yemək.

"Mən hər gün onunla fəxr edirəm, onun sadəcə sehrli olduğunu düşünürəm", - Farrel bildirib.

Aktyorun dediyinə görə, oğluna və ya Ceymsin anasına bir şey olsa, onun başına nə gələcəyindən çox narahatdır.

"Ən böyük qorxum odur ki, əgər onun anası və ya mənə bir şey olsa və Ceymsin 30-40 yaşı olarsa, o, xüsusi bir müəssisəyə getməli olacaq", - deyə aktyor əlavə edib.

O qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların olduğu ailələrə dəstək fondu yaradıb.

Qeyd edək ki, Ceymsdən başqa Farrelin 2009-cu ildə doğulan Henri adlı oğlu da var. Uşağın anası polşalı aktrisa Alikya Baxledadır, onunla aktyor 2010-cu ildə oğlu doğulduqdan bir il sonra ayrılıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.