Rəqsanə 16 minlik dələduzluqdan danışdı - “Hər şeyi halallıqla qazanın”

9-09-2016, 20:11           
Rəqsanə 16 minlik dələduzluqdan danışdı - “Hər şeyi halallıqla qazanın”
Müğənni Rəqsanə İsmayılova türkiyəli musiqiçi Caner Tepecikin onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, dələduzluqda adı hallanan sənətçi qarşı tərəfin yanlış anladığını, məsələni həll etdiyini söyləyib.

Rəqsanə bildirib ki, Caner Tepecik artıq ona qarşı səsləndirdiyi ittihamları təkzib edib:

“Allah hər birimizə kömək olsun. Mən həyatda dostlarımı çox istəyirəm və onlara qiymət verirəm. Çalışıram ki, məndən heç zaman inciməsinlər. Amma dünən mənim haqqımda yazı çıxdı, boş-boş yazıb-pozdular. Mən isə susdum. Çünki günahkar olan adam həmişə qışqırar, danışar, günahı olmayan isə susar və sonda haqq yerini tapar. Sadəcə bəzi mətbuat nümayəndələrinə demək istəyirəm ki, hər şeyi halallıqla qazanın.

Vallah, bu həyatdan heç kim heç nə aparmayacaq. Bu gün həmin insan səhvini başa düşdü və təkzib də etdi. Biz bir millət olaraq niyə bir-birimizə “badalaq” vururuq? Şükür ki, heç kimin haqqına girməmişəm, heç zaman da girmərəm. Mən Allahdan qorxan insanam. Uca Rəbbim hər şeyi yaxşı görür” .

R. İsmayılova qalmaqalda adı çəkilən bəstəkar Nazim Məmmədova da müraciət edib:

“Nazim mənim illərdən bəri tanıdığım yaxınımdır. Olar bilər ki, hövsələsiz davrandı. Amma bizim ortaq dostlarımız, qardaşlarımız var. Hər şeyi bağışlamağı bacarırıq. Bizə yaraşmaz. Bizim o yaşımız deyil, nə reklama, nə də qalmaqala ehtiyacımız var.

Qoy, qalmaqalı yeni çıxan, tanınmaq istəyən müğənnilər etsin. Biz artıq sözümüzü demiş insanlarıq. Şükürlər olsun ki, haqq yerini tapdı, düz ortaya çıxdı”.

Xatırladaq ki, Caner Tepecik açıqlamasında Rəqsanənin ona 16 min manat borclu olduğunu və pulunu ala bilmədiyini söyləmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.