Məşhur olan “Bağdat“ mahnısı görün kimə həsr edilib VİDEO
12-09-2016, 22:42
Ayla Çeliki məşhurlaşdıran "Bağdat" mahnısının kimə həsr olunduğu açıqlanıb. Milliyol.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu mahnını aktyor, aparıcı və rejisor Kenan İşıka həsr edib.
Kenan İşık 1968-ci ildə Beril İşıkla evlənib. İddiaya görə, Kenan İşık 2007-ci ildə tanış olduğu müəğənni və söz yazarı Ayla Çeliklə yaxınlaşıb. O, Kenan İşıkın israrı ilə söz yazıb, mahnı bəstələməyə başlayıb. 2012-ci ildə rejisorun İstabul Dövlət Teatrında səhnəyə qoyduğu "Antigone" adlı tamaşasının müsiqisini yazıb.
İddia olunur ki, Ayla Çeliklə Kenan İşıkın münasibətləri 2013-cü ilin sonlarında başa çatığb. Məşhur aktyor 6 ay sonra - 2014-cü ilin mart ayının 21-də yıxılaraq beyin qanaması keçirib. ayla Çelik 5 ay sonra keçmiş sevgilisinin yatdığı xəstəxanaya baş çəkib. Kenan İşıkın həyat yoldaşı Beril İşık onu görəndə əsəbləşib və hər kəsin içində bu sözləri deyib: "Səni burda görmək istəmirəm. Bir daha xəstəxanaya gəlmə". Ayla Çelikin ordan gözyaşları içində ayrıldığı bildirilir.
Qeyd edək ki, uzun müddət komada qalan Kenan İşık hazırda evində olsa da, nə danışa, nə də yeriyə biliri.